Home

KURSLAR

Skillwill

TƏRƏFDAŞ OL

Qeydiyyat

Oferta

İnternet şəbəkəsində https://skillwill.az ünvanında yeləşdirilmiş, müqavilənin bütün mühüm şərtlərini əks etdirən “məsafədən təlim xidmətlərinin göstərilməsi barədə müqaviləsi”nin (bundan sonra – “Müqavilə”) bağlanması haqqında bu təklif Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408.7-ci maddəsinə əsasən ümumi oferta hesab edilir və istənilən maraqlı fiziki şəxs (bundan sonra – “Sifarişçi”) Mülki Məcəllənin 409-cu maddəsinə uyğun olaraq aşağıda qeyd edilmiş hərəkətləri müvafiq ardıcıllıqla etməklə bu ofertanı aksept edə bilər:

- https://skillwill.az/terms-and-conditions ünvanında yerləşdirilmiş “ofertanın şərtlərini qəbul edirəm” düyməsini sıxmaqla;

- https://skillwill.az/terms-and-conditions ünvanında yerləşdirilmiş “fərdi məlumatların emal edilməsini qəbul edirəm” düyməsini sıxmaqla

Platformada göstərilən xidmətlərdən faydalanmaq üçün Sifarişçi tərəfindən aşağıda qeyd edilmiş hərəkətin həyata keçirilməsi tələb olunur:

- İcraçıya ödənilməli olan tarifi Müqavilə ilə müəyyən edilmiş qaydada ödəmək.

İcraçı tərəfindən göstərilən xidmətlərin dəyərini ödəməklə Sifarişçi aşağıdakılara təminat verir:

- verdiyi məlumatların həqiqiliyinə və düzgünlüyünə;

- özünün tam fəaliyyət qabiliyyətinə malik olmasına;

- səhv, aktuallığını itirmiş və ya tam olmayan məlumatların təqdim edilməsindən yaranan nəticələrə görə şəxsən məsuliyyət daşımasına.

Müqavilə

1. Əsas anlayışlar

1.1. Bu Müqavilədə aşağıdakı anlayışlardan istifadə edilir:

Platforma: https://skillwill.az platforması əqli mülkiyyət hüququnun obyektidir və bu hüquqlar İcraçıya məxsusdur. Platforma https://skillwill.az elektron ünvanında yerləşir və elektron hesablama maşınları və bu növ digər avadanlıqlar vasitəsilə istifadə edilməsi və Sifarişçi tərəfindən müəyyən nəticələrin əldə edilməsi üçün nəzərdə tutulmuşdur. Nəticə dedikdə, Sifarişçi tərəfindən seçilmiş mövzuda olan təlim prosesinin təşkil edilməsi və Sifarişçiyə müəyyən materiallara - mətnlərə, qrafik elementlərə, görüntülərə, videomateriallara və əqli mülkiyyət hüququnun digər obyektlərinə çıxış imkanının yaradılması başa düşülür.

Sayt: https://skillwill.az elektron ünvanı.

Şəxsi kabinet: Sifarişçinin platformada qeydiyyatı nəticəsində yaranan, mühafizə olunan və giriş imkanı yalnız Sifarişçinin autentifikasiya məlumatlarının (elektron poçt ünvanı və parol) müəyyən edilmiş xanalara daxil edilməsi yolu ilə mümkün olan Platforma səhifəsidir. Sifarişçinin şəxsi kabinet vasitəsilə etdiyi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər onun sertifikatlaşdırılmamış elektron imzası vasitəsiylə həyata keçirilir. Sifarişçinin elektron imza yaratma məlumatları ancaq ona bəlli olan autentifikasiya məlumatlarından (kod və ya kriptoqrafik açar) ibarətdir.

Kurs: Sifarişçinin sərbəst şəkildə, mentorun və ya qrup menecerin dəstəyi ilə seçdiyi, müvafiq mövzuda bilik və bacarıqlar əldə etməsinə yönəlmiş, əlaqəli materiallardan ibarət Platformada yerləşdirilmiş məlumatın müəyyən bir hissəsi və təlimlərin məcmusudur.

Təlim: Platforma vasitəsilə distant şəkildə həyata keçirilən mühazirədir. Təlimlər aşağıdakı formatda keçirilə bilər:

Vebinar – real vaxt rejimində yayımlanan mühazirədir. Sifarişçi saytda və ya şəxsi kabinetdə qeyd edilmiş vaxtda Platformada yerləşdirlmiş keçiddən istifadə edərək bu formatda olan mühazirəyə qoşulur.

Videodərs – Təlimçilərin öncədən hazırladığı, video formatında olan və real vaxt rejimində yayımlanmayan mühazirələrdir. Sifarişçi bu Müqavilə üzrə öhdəliklərini icra etdikdən sonra Platformada yerləşdirilmiş, bu formatda olan mühazirələrə baxış hüququ qazanır.

Digər forma - Təlimçi tərəfindən öncədən müəyyən edilmiş saatlarda dərsin onlayn şəkildə (real vaxt rejimində) keçirilməsi, təlimçi ilə şəxsi (“private”) sessiyaların keçirilməsi, həmçinin “Slack” platforması üzərindən danışıq və tapşırıqların verilməsi.

Tarif: Sifarişçinin seçdiyi kursun təqdim edilməsi ilə bağlı İcraçının göstərdiyi xidmətin dəyəridir. Tariflər İcraçının rəsmi internet səhifəsində yerləşdirlir.

İcraçı: “Skillvill” Məhdud Məsuliyyətli Cəmiyyəti. Platformanın mülkiyyətçisi və bu Müqavilə üzrə xidmətləri yerinə yetirən hüquqi şəxsdir.

Sifarişçi: Platformada/saytda qeydiyyatdan keçən, Platformanın imkanlarından istifadə edən, müvafiq kursda iştirak edən şəxsdir.

Təlimçi: Platformada bu Müqavilədə müəyyənləşdirilmiş hər hansı bir formatda təlimləri keçən şəxsdir.

2. Müqavilənin predmeti

2.1. Müqavilənin şərtlərinə əsasən, İcraçı internet şəbəkəsi vasitəsilə Sifarişçiyə özünün Platformasına məsafədən giriş imkanı və kursa qoşulmaq imkanı yaradır (bundan sonra – “xidmətlər”), Sifarişçi isə bunun qarşılığında seçdiyi kursa uyğun, müqavilənin şərtləri ilə müəyyən edilmiş xidmət haqqını ödəyir.

2.2. Sifarişçi Platformaya giriş imkanını üçüncü şəxslərə verə bilməz. Üçüncü şəxslər Sifarişçinin giriş imkanından istifadə edərək Platformadan istifadə edərsə, onların Platforma üzərindən etdikləri bütün hərəkətlərə görə Sifarişçi məsuliyyət daşıyacaqdır.

2.3. İcraçı təklif etdiyi kursların siyahısını, hər bir kurs üçün müəyyən edilmiş dəyəri, kursun mövzusunu, kursun vaxtını və digər vacib məlumatları Platformada yerləşdirməlidir. Sifarişçinin yazılı müraciəti olduqda, yuxarıda qeyd edilən məlumatlar Sifarişçinin platformada qeydiyyatdan keçirdiyi elektron poçt ünvanına göndərilə bilər.

2.4. İcraçı tərəfindən Sifarişçiyə platformaya giriş imkanı yaradıldığı andan xidmətlər göstərilmiş hesab edilir.

2.5. Kursun sonunda Sifarişçiyə aşağıda müəyyənləşdirilmiş Sertifikatlar veriləcəkdir:

- Kursu bitirmiş və Təlimçi tərəfindən müəyyənləşdirilmiş qiymətləndirmədən qənaətbəxş nəticə əldə etmiş şəxsə “Kursu müvəffəqiyyətlə başa vurmasına görə Sertifikat”;

- Kursu bitirmiş və Təlimçi tərəfindən müəyyənləşdirilmiş qiymətləndirmədən qeyri-qənaətbəxş nəticə əldə etmiş şəxsə “Kursda iştirak etməsinə görə Sertifikiat”.

3. Kursa giriş imkanının yaradılması qaydaları

3.1. Kursa giriş imkanının yaradılması dedikdə, Sifarişçinin, Platformanın tərkib hissəsi olan müəyyən materiallardan interaktiv şəkildə yararlanması üçün İcraçı tərəfindən həyata keçirilən tədbirlər nəzərdə tutulur.

3.2. Sifarişçi İcraçının saytında qeydiyyatdan keçdikdən və tarif üzrə kursun dəyərini ödədikdən sonra kursa giriş imkanı əldə edəcəkdir.

3.3. İcraçı kursa giriş imkanının yaradılması barədə məlumatı Sifarişçinin Platformada qeydiyyatdan keçirdiyi elektron poçt ünvanına göndərir.

3.4. Kursun və ya təlimin məzmunu İcraçı və ya Təlimçi tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

4. Tərəflərin hüquq və vəzifələri

4.1. İcraçının vəzifələri:

4.1.1. Xidmətlərin göstərilməsi və Platformanın fəaliyyəti ilə bağlı informasiya dəstəyini iş günlərində, saat 10:00-dan 18:00-a qədər göstərmək.

4.1.2. Platformanın fəaliyyətində texnoloji mahiyyətli problemlər olduqda həmin promlemləri öz hesabına aradan qaldırmaq;

4.1.3. Dəyəri ödənilmiş kursa münasibətdə xidmətlərin dəyərini dəyişdirməmək;

4.1.4. Kursun və onun ayrı ayrı dərslərinin məzmunu, sayı, tarixi ilə bağlı dəyişikliklər edildikdə, Sifarişçinin Şəxsi kabinetində bu barədə müvafiq məlumatlar yerləşdirmək.

4.2. İcraçının hüquqları:

4.2.1. Bu müqavilədən irəli gələn vəzifələrini icra etmək üçün Sifarişçi ilə razılaşdırmadan üçüncü şəxsləri cəlb etmək.

4.2.2. Bu müqavilədən irəli gələn öhdəliklərini icra etmək üçün Sifarişçidən zəruri olan məlumatları və sənədləri almaq.

4.2.3. Tarifləri sərbəst şəkildə müəyyən etmək.

4.2.4. Dövri profilaktik işlər, həmçinin öz texniki resurlarında aparılan yenilənmə (təmir və s. daxil olmaqla) işləri ilə əlaqədar olaraq Platformanın işini müvəqqəti dayandırmaq.

4.2.5. Sifarişçi tərəfindən bu Müqavilənin şərtləri pozulduğu təqdirdə, eləcə də bu Müqavilə üzrə xidmətlərin göstərilməsi üçün onun tərəfindən zəruri olan məlumatlar təqdim edilmədikdə, Platformaya giriş imkanını dayandırmaq.

4.2.6. Kursun və onun ayrı-ayrı dərslərinin məzmununu, sayını və tarixini dəyişdirmək.

4.2.7. Sifarişçi və ya İstifadəçi Platformadan 3 (üç) il ərzində istifadə etməzsə, Şəxsi Kabinetin fəaliyyətini dayandırmaq və ya Şəxsi Kabineti bağlamaq.

4.3. Sifarişçinin vəzifələri:

4.3.1. İcraçının göstərdiyi xidmətlərin dəyərini tam həcmdə və vaxtında ödəmək;

4.3.2. Saytdan qeydiyyatdan keçərkən, lakin bununla məhdudlaşdırılmadan, xidmətlərin göstərilməsi üçün zəruri olan tam və həqiqi məlumatları təqdim etmək;

4.3.3. Şəxsi kabinetə giriş üçün nəzərdə tutulmuş login və parolun konfidensiallığını təmin etmək;

4.3.4. Kurs keçirilərkən etik davranış normalarına əməl etmək, o cümlədən ümumi söhbətlərdə (“çatlarda”) kursun mövzusuna aid olmayan mövzuda və məzmunda qeydlər yazmamaq;

4.3.5. İnformasiya dəstəyi ilə bağlı İcraçıya müraciət etdiyi halda, müraciətləri info@skillwill.az elektron poçt ünvanına göndərmək;

4.3.6. İcraçı, onun əməkdaşları və ya Təlimçilər barədə qeyri-etik ifadələr işlətməmək və təhqir etməmək.

4.4. Sifarişçinin hüquqları

4.4.1. Kursun keçirilməsinin dayandırılması barədə İcraçıya müraciət etmək. Sifarişçi razılaşır ki, bu cür müraciət ödənilmiş haqqın geri qaytarılması üçün əsas olmayacaqdır;

4.4.2. Platformanın fəaliyyəti və xidmətlərin göstərilməsi ilə bağlı İcraçıdan məlumat və texniki dəstək almaq.

6. Əqli mülkiyyət

6.1. Platforma ilə bağlı əqli-mülkiyyət hüquqları daxil, bütün hüquqlar İcraçıya aiddir.

6.2. Sifarişçiyə Platformadan müqavilənin şərtləri ilə məhdudlaşmış həcmdə istifadə imkanı yaradılır.

6.3. Sifarişçi aşağıdakıları öz öhdəsinə götürür:

- craçının əqli fəaliyyətinin nəticəsi ilə bağlı hüquqlarını pozan hərəkətlər etməməli, xüsusən də İcraçının və ya təlimləri aparan şəxslərin (təlimçilərin) əqli fəaliyyətinin nəticəsi olan materialları onların yazılı razılığı olmadan üçüncü şəxslərə ötürməməli və yaymamalıdır.

- İcraçının əqli mülkiyyət hüquqlarının pozulması faktları barədə məlumata malik olduqda bu barədə dərhal İcraçıya məlumat verməlidir.

- Şəxsi kabinetə giriş imkanı verən autentifikasiya məlumatlarını üçüncü şəxslərə verməməlidir. Şəxsi kabinetin login və parolunun itirildiyi və ya üçüncü şəxslər tərəfindən əldə edildiyi halda bu barədə dərhal İcraçıya info@skillwill.az elektron ünvanı vasitəsilə məlumat verməldir. Bu məlumat İcraçıya təqdim edilən vaxta qədər Şəxsi kabinet vasitəsilə edilən bütün hərəkətlər Sifarişçinin adından edilmiş hərəkətlər hesab edilir.

6.4. Sifarişçi tərəfindən Platformadan və onun ayrı ayrı komponentlərindən, eləcə də İcraçı tərəfindən hazırlanmış texniki həllərdən istifadə edilməsi İcraçı tərəfindən öz əqli fəaliyyətinin nəticələrinə dair hüququnun ötürülməsi anlamına gəlmir.

6.5. Açıq mənbələrdə mövcud olan məlumatlar istisna olmaqla İcraçı tərəfindən xidmətlərin göstərilməsi prosesinə dair istənilən məlumat konfidensial məlumat hesab edilir. Xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə məlum olan konfidensial məlumatlar yalnız İcraçının yazılı razılığı ilə üçüncü şəxslərə verilə bilər.

7. Kontent və şərhlər

7.1. Sifarişçi Platformada və ya saytda onun hüquqlarını pozan və ya maraqlarına zidd olan hər hansı məlumat və ya kontent aşkar etdikdə, bu barədə İcraçıya info@skillwill.az elektron poçt ünvanına məlumat verməklə müraciət edə bilər. Sifarişçi müraciətində onun hüquqlarını pozan və ya maraqlarına zidd olan məqamları qeyd etməli və öz pretenziyasını əsaslandırmalıdır.

7.2. Üçüncü şəxslərin hüquqlarını pozan və onların qanuni mənafelərinə zidd olan, əqli mülkiyyət hüquqlarını pozan məlumatların, həmçinin aşağıda sadalanan məzmunda məlumatların yerləşdirilməsi qadağandır:

- Təhdid, təhqir, eləcə də vətəndaşların şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuza və şəxsi həyatın toxunulmazlığına xələl gətirən, eləcə də özündə qeyri-etik ifadələri ehtiva edən məlumatlar;

- Yetkinlik yaşına çatmayanların hüquqlarını pozan məlumatlar;

- Əxlaqsız, pornoqrafik və seksual xarakterli materiallar;

- Zorakılıq səhnələri və heyvanlara qarşı qeyri-insani rəftarı ifadə edən məlumatlar;

- İntiharı təşfiq edən və ona sövq edən məlumatlar;

- İrqi, dini, etnik nifrət və ədavəti təbliğ edən, eləcə də iqri üstünlüyü və faşizmi təbliğ edən məlumatlar;

- Ekstrimist məzmunlu və ekstrimizmi təbliğ edən məlumatlar;

- Kriminal fəaliyyəti təbliğ edən, eləcə də cinayət əməlinin törədilməsi üsulları və yolları barədə məsləhətləri özündə ehtiva edən məlumatlar;

- Dövlət sirri, kommersiya sirri, şəxsi həyatın sirrini təşkil edən məlumatlar;

- Narkotik maddələrin və psixotrop vasitələrin, reklamı və onlardan istifadəni təşfiq edilməsi barədə məlumatlar;

- Dələduzluq xarakreti daşıyan məlumatlar;

- Diqqət cəlb etmək məqsədilə qeyri standart şriftlərlə yazılmış məlumatlar;

- Hüquqi və fiziki şəxslərin qanunvericiliklə qorunun hüquqlarını pozan məlumatlar;

- İcraçı ilə razılaşdırılmış hallar istisna olmaqla, reklam materialları.

7.3. Platformadan/saytdan Sifarişçi tərəfindən aşağıdakı məqsədlərlə istifadə edilməsi qadağandır:

- Məlumatların kütləvi yayılması (o cümlədən spam), faylların yüklənməsi, faylların saxlanılması, saytın normal fəaliyyətinə xələl gətirəcək hər hansı proqram təminatın yerləşdirilməsi;

- Bu Müqavilədə və ya Sifarişçi ilə İcraçı arasında bağlanmış hər hansı digər müqavilələrdə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, Platformadan/saytdan gəlir əldə etmək (oz sahibkarlıq fəaliyyəti və ya digər fəaliyyət).

8. Konfidensiallıq

8.1. Açıq mənbələrdə olan məlumatlardan başqa xidmətlərin göstərilməsi ilə bağlı bütün məlumatlar konfidensial məlumatlar hesab edilir. Xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə məlum olan bu məlumatlar İcraçının yazılı razılığı olmadan üçüncü şəxslərə açıqlanmamalıdır.

8.2. İcraçı xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə mülkiyyət hüququ digər şəxslərə aid olan proqram təminatına çıxış imkanı, eləcə də Platforma vasitəsilə saytın daxili informasiya sisteminə giriş imkanı verə bilər. Belə olan halda Sifarişçi proqram təminatından yalnız kursun keçilməsi ilə bağlı istifadə edilə bilər. İcraçının istifadəsində olan proqram təminatından Sifarişçiyə verilmiş istifadə hüququ kursun müddətindən artıq deyildir. Sifarişçi proqram təminatına dair konfidensial məlumatları hüquq sahibinin razılığı olmadan üçüncü şəxslərə açıqlaya bilməz.

9. Tərəflərin məsuliyyəti

9.1. Müqavilə Sifarişçi tərəfindən aksept edildiyi andan qüvvəyə minir.

9.2. İcraçı Müqaviləni öz mülahizəsinə əsasən istənilən vaxt ləğv edə bilər.

9.3. Müqavilə qanuni qüvvəyə mindikdən 3 il sonra Platformanın kursa giriş hissəsinə təşkilati, texniki və ya hüquqi dəstək göstərilə bilinmədiyinə görə Müqavilə İcraçı tərəfindən birtərəfli qaydada kursa giriş hissəsində ləğv oluna bilər.

9.4. Müqavilə Sifarişçi tərəfindən istənilən vaxt İcraçınıninfo@skillwill.az elektron ünvanına məktub göndərmək şərti ilə birtərəfli qaydada ləğv oluna bilər. Məktubda Müqavilyə xitam verilməsi səbəbi, habelə vəsait geri qaytarılacağı halda, rekvizitlər göstərilməlidir.

9.5. Ödəniş edildikdən sonra Müqavilə ləğv olunduqda və ya ona xitam verildikdə vəsaitin bir hissəsi Sifarişçiyə geri qaytarılır (geri ödənilmə).

9.6. Aşağıdakı hallarda geri ödənilmə tətbiq olunur:

9.6.1. Sifarişçi ödəniş edildikdən sonra 14 təqvim günü ərzində müraciət edərsə, ödənilən ödənişin 50%-i ödənilir. Bu cür müraciətlər təlimlərin keçirilməsinə (təhsil prosesi) başlanılımadan edildiyi hala şamil olunur və təlimlərin keçirilməsinə (təhsil prosesi) başlanılımışdırsa, ödəniş geri qaytarılmır.

9.7. Aşağıdakı hallarda geri ödənilmə heç bir halda tətbiq olunmur:

9.7.1. İcraçının mülahizəsinə əsasən, Sifarişçi tərəfindən geri ödənilmə imkanından sui-istifadə edildikdə;

9.7.2. Müvafiq Kursun hər hansı bir hissəsi Sifarişçi tərəfindən izlənilibsə və ya yüklənilibsə;

9.7.3. Sifarişçi eyni Kurs üçün artıq geri ödənilmə tələb etmişsə;

9.7.4. Sifarişçi bir neçə geri ödənilmə tələb edirsə;

9.7.5. Sifairşçinin Şəxsi Kabinetləri bağlanmış, bloklanmış, Şəxsi kabinetə və ya Kursa giriş imkanı məhdudlaşdırılmışsa;

9.7.6. Kursun dəyəri Sifarişçi tərəfindən ödənilməmişsə.

10. Müqavilə şərtlərinin dəyişdirilməsi

10.1. İcraçı Müqavilənin şərtlərini birtərəfli qaydada dəyişmək hüququna malikdir və bu dəyişikliklər https://www.skillwill.az ünvanında dərc edildikdən sonra qüvvəyə minir.

10.2. Müqavilə dərc edildikdən sonra Sifarişçi tərəfindən yeni Sifarişlərin verilməsi və ya Platformadan istifadə edilməsi dəyişikliklərin onun tərəfindən təsdiq edilməsi kimi anlaşılacaqdır. Sifarişçi dəyişikliklərlə razılaşmadığı təqdirdə, Platformadan istifadəni və ya ödənişlərin edilməsini dayandırmalıdır.

10.3. Sifarişçi bu Müqavilə üzrə kursa giriş hüququnu saxlamaqla öz hüquq və vəzifələrini üçüncü şəxslərə ötürə bilməz.

10.4. İcraçı bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərini digər şəxslərə ötürmək səlahiyyətinə malikdir. Bununla Sifarişçi İcraçının hüquq və ödəliklərininin digər şəxslərə ötürülməsi səlahiyyətlərinə icazə verdiyini və qəbul etdiyini bəyan edir. Hüquq və öhdəliklərin ötürülməsi ilə bağlı məlumat Sifarişçinin Şəxsi kabinetinə yerləşdirilməklə bildirilir.

11. Fərdi məlumatlar və ismarıclar

11.1. Sifarişçi, saytda qeydiyyatdan keçən zaman bildirdiyi və ya Şəxsi Kabinetdə göstərdiyi fərdi məlumatların işlənilməsi və istifadəsi üçün İcraçıya icazə verir.

11.2. Sifarişçi İcraçı tərəfindən ona aşağıdakı üsul və vasitələrlə, lakin bununla məhdudlaşdırılmadan: elektron poçt, telefon, poçt göndərişləri və digər üsul və vasitələr ilə, hər cür mesaj, sms-məktub, bildirim və informasiya xarakterli digər cür göndəriş və bildirişlərin göndərilməsinə razılıq verir. Bu razılığı Sifarişçiinfo@skillwill.az elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.

11.3. Sifarişçi İcraçı tərəfindən ona aşağıdakı üsul və vasitələrlə, lakin bununla məhdudlaşdırılmadan: elektron poçt, telefon, poçt göndərişləri və digər üsul və vasitələr ilə reklam xarakterli hər cür mesaj, sms-məktub, bildirim və digər cür göndəriş və bildirişlərin göndərilməsinə razılıq verir. Bu razılığı Sifarişçiinfo@skillwill.az elektron poçt ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.

11.4. Sifarişçi, İcraçı və onun xidmətləri barədə İcraçının sosial şəbəkələrdəki səhifələrində əlavə etdiyi rəylər və şərhlərin İcraçının rəsmi saytında, informasiya və reklam xarakterli materiallarda istifadə edilməsinə razılıq verir. Razılıq Müqavilənin bağlandığı andan etibarən qüvvəyə minir. Bu razılığı Sifarişçiinfo@skillwill.az elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.

11.5. Sifarişçi, öz fotosunun və təlimlər zamanı qeydə alınmış videogörüntülərdə öz görüntüsünün İcraçının fəaliyyəti ilə bağlı və qanunvericilikdə qadağan olunmamış qaydada İcraçının rəsmi saytında, informasiya və reklam xarakterli materiallarda istifadə edilməsinə razılıq verir. Razılıq Müqavilənin bağlandığı andan etibarən qüvvəyə minir və İcraçı tərəfindən yaradılmış bütün Platformalardan Sifarişçinin istifadə etməsi ilə bağlı bütün hallara şamil edilir. Bu razılığı Sifarişçiinfo@skillwill.azelektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.

11.6. Sifarişçi İcraçının tərəfdaşları (partnyorları) tərəfindən müxtəlif mənfəətin (bonus, endirim) verilməsi ilə bağlı istənilən reklam-informasiya xarakterli məlumatların ona göndərilməsinə razılıq verir. Mükafatların əldə edilməsi və ya bölüşdürülməsi qaydası İcraçının tərəfdaşları (partnyorları) tərəfindən müstəqil qaydada müəyyən ediləcəkdir. Mükafatların verilmə qaydasına dəyişiklik edilməsi ilə əlaqədar İcraçı Sifarişçinin elektron poçt ünvanına bildiriş göndərməklə, mükafatların artırılması, azaldılması və ya silinməsi hüquqlarına malikdir. Bu cür dəyişikliklərin olacağı təqdirdə Sifarişçi İcraçıdan əvvəlki şərtlərin saxlanılmasını və ya ona dəymiş zərərin (əldən çıxmış mənfəət daxil olmaqla) ödənilməsini tələb etmək hüququna malik deyildir. Sifarişçi bununla bəyan və qəbul edir ki, İcraçı mükafatlarla (bonus, endirim) bağlı müstəqil heç bir dəyişiklik etmir və bu cür dəyişikliklərin edilməsinə görə məsuliyyət daşımır. Bu razılığı Sifarişçiinfo@skillwill.az elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.

12. Mübahisələrin həll edilmə qaydası

12.1. Bu Müqavilənin icra edilməsi ilə bağlı yaranan bütün anlaşılmazlıqlar, həmçinin Tərəflər arasında yaranan digər anlaşılmazlıqlar məhkəməyəqədər pretenziya qaydasında həll edilməlidir. İcraçı pretenziya məktubunu Sifarişçinin saytda qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərməyi öz öhdəsinə götürür. Sifarişçi pretenziya məktubunuinfo@skillwill.azelektron poçt ünvanına, surətini isə bu Müqavilənin 15-ci bəndində göstərilən ünvana göndərməyi öz öhdəsinə götürür. Pretenziya məktubu çatdırıldıqdan sonra 10 (on) iş günü müddətində cavablandırıla bilər. Qanunvericlik daha az müddət nəzərdə tutulduğu halda, həmin müddət tətbiq olunacaqdır. Yuxarıda göstərilən şərtlərə əməl edilmədiyi təqdirdə, məhkəməyəqədər pretenziya qaydasına riayət edilməmiş hesab olunacaqdır.

12.2. Mübahisələr danışıqlar yolu ilə həll edilə bilinmədikdə, Tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan məhkəmələrində mübahisələri həll etməyə çalışacaqlar.

13. Bildirişlər

13.1. Bu Müqavilə və ya qanunvericiliklər başqa hal nəzərdə tutulmayıbsa, Tərəflərin göndərdiyi bildiriş, sorğu və digər məktublar yazılı qaydada, poçtla (həmçinin sifarişli poçt), elektron poçtla (İcraçının bu Müqavilənin 15-ci bəndində göstərilən ünvanına və ya Sifarişçinin qeydiyyat zamanı göstərdiyi ünvanına) və ya kuryer vasitəsilə göndərilməlidir. Çatdırılma vaxtı sənədin müvafiq poçta çatdırıldığı (sifarişli poçt daxil olmaqla), elektron poçtun çatması haqqında bildirişin daxil olduğu (olmadığı halda – məktubun göndərilmə vaxtı) və ya kuryer vasitəsilə göndərilmə halında sənədin qarşı Tərəfin ünvanına çatdırıldığı an hesab olunur. Məhkəmə mübahisəsi zamanı elektron poçt vasitəsilə və ya Şəxsi kabinet vasitəsilə yazışmaları Tərəflər etibarlı və mötəbər olduğunu qəbul edirlər.

13.2. Müqavilənin icrası (dəyişdirilməsi, əlavə edilməsi və ya xitamı), həmçinin yazışmaların həyata keçirilməsi zamanı Tərəflərin şəxsi imzalarının analoqunun hüquqi qüvvəsi qəbul edilir və Tərəflər bəyan edirlər ki, bu cür imzalar müvafiq öhdəliklərin yaranması üçün əsasdır. Tərəflərin şəxsi imzalarının analoqu dedikdə təsdiqlənmiş elektron poçt və ya Şəxsi kabinetdə uçot məlumatları başa düşülür.

13.3. Tərəflər təsdiqlənmiş elektron poçt və ya Şəxsi kabinet vasitəsilə göndərilən bildiriş, sorğu, məktub və digər sənədlərin, əgər həmin sənədlərdə açıq mətnlə əksi göstərilməyibsə, lazımi qaydada göndərilmiş və imzalanmış kimi qəbul edirlər.

13.4. Tərəflərin təsdiq etdiyi elektron poçt ünvanları:

- İcraçı üçün: info@skillwill.az və ya Müqavilədə göstərilən digər ünvan;

- Sifarişçi üçün: Platformada/saytda qeydiyyat zamanı göstərilmiş elektron poçt ünvanı.

13.5. Tərəflər elektron poçt ünvanının və Şəxsi kabinetin məlumatlarını məxfi saxlamaq, bu məlumatları üçüncü şəxslərə açıqlamamaq və ötürməmək barədə öhdəlikləri öz üzərlərinə götürürlər.

13.6. Sifarişçi tərəfindən təqdim edilən məxfilik rejiminin pozulmasına dair məlumatın qəbul edilməsi anınadək, təsdiqlənmiş elektron ünvandan və ya Şəxsi kabinetdən göndərilmiş bütün sənədlər və ya edilmiş əməllər, sənədlərin göndərilməsi və ya əməllərin edilməsi üçüncü şəxslər tərəfindən həyata keçirilsə belə, Sifarişçi tərəfindən göndərilmiş/edilmiş kimi qəbul ediləcəkdir. Bu halda hüquq və öhdəliklərə görə məsuliyyəti İstifadəçi daşıyır.

13.7. Sifarişçi tərəfindən təqdim edilən məxfilik rejiminin pozulmasına dair məlumatın qəbul edilməsi anınadək, təsdiqlənmiş elektron ünvandan göndərilmiş bütün sənədlər və ya edilmiş əməllər, sənədlərin göndərilməsi və ya əməllərin edilməsi üçüncü şəxslər tərəfindən həyata keçirilsə belə, Sifarişçi tərəfindən göndərilmiş/edilmiş kimi qəbul ediləcəkdir.

14. Digər müddəalar

14.1. Göstərilən xidmətlər daxilində Sifarişçiyə İcraçının tərəfdaşlarından (partnyorları) müxtəlif mükafatlat (bonuslar, endirimlər) qazanmaq imkanı təqdim edilmişdir. Tərəfdaşlar tərəfindən mükafatların qazanma şərtləri dəyişdirildiyi halda, bu Müqaviləyə və İcraçının daxili qaydalarına uyğun olaraq İstifadəçiyə yazılı bildiriş göndərməklə, İcraçının, bonusları dəyişmək, əlavə etmək və ya ləğv etmək hüququ vardır. Bu dəyişikliklərin baş verəcəyi təqdirdə Sifarişçinin mükafatlarla bağlı əvvəlki şərtlərin saxlanılmasını, habelə dəyişikliklərlə bağı hər hansı vəsaitin ödənilməsini tələb etmək hüququ yoxdur. Bununla Sifarişçi bəyan və qəbul edir ki, İcraçı müstəqil şəkildə Tərəfdaşların şərtlərinə hər hansı dəyişikliyi etmir, bu dəyişikliyə nəzarət etmir və bu dəyişikliklərlə bağlı məsuliyyət daşımır.

14.2. Bu Müqavilənin hər hansı şərtinin etibarsızlığı onun bütövlükdə etibarsızlığına gətirib çıxarmır. Müqavilə şərtləri etibarsız hesab olunacağı təqdirdə, Tərəflər danışıqlar aparmalı və Müqavilənin qüvvəsinin davam etdirilməsi üçün onun şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməlidirlər.

14.3. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir.